Ukrayna Xəzərdə Rusiyanın 2 gəmisini vurdu

Ukrayna Xəzərdə Rusiyanın 2 gəmisini vurdu

Dünya 12.12.2025 15:56 87

Ukrayna Xüsusi Əməliyyat Qüvvələri Xəzərdə Rusiyanın iki gəmisini vurub

AZ24.az xəbər verir ki, Ukrayna Xüsusi Əməliyyat Qüvvələri Xəzər dənizində Rusiyaya məxsus iki yük gəmisinə zərbə endirib. Bu barədə məlumatı Ukraynanın Xüsusi Əməliyyat Qüvvələri yayıb.

Bildirilib ki, Xüsusi Əməliyyat Qüvvələrinin bölmələri “Qara Qığılcım” müqavimət hərəkatı ilə birgə Kalmıkiya sahillərində silah və hərbi texnika daşıyan “Bəstəkar Raxmaninov” və “Askar-Sarica” adlı iki Rusiya gəmisinə hücum həyata keçirib.

Ukrayna tərəfinin açıqlamasına görə, həmin gəmilər İran ilə Rusiya arasında hərbi yüklərin daşınmasında istifadə olunurdu. Hazırda hücumun nəticələri barədə əlavə məlumatlar dəqiqləşdirilir.

Reklam