Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün deputata töhmət verildi
Milli Məclis sədrinin müavini, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) olan deputat Rafael Hüseynova töhmət verilib.
Az24.az xəbər verir ki, bu barədə VHP məlumat yayıb.
Bildirilib ki, buna səbəb onun Milli Məclisdə keçirilmiş konfrans zamanı partiya sədri Sabir Rüstəmxanlının çıxışını yarımçıq kəsməsi olub.
Belə ki, Rafael Hüseynovun Sabir Rüstəmxanlının fikrini tamamlamasına imkan yaratmaması ilə bağlı rayon təşkilatlarından və partiya fəallarından daxil olan müraciətlər müzakirə edilib.
Partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sədri Zeynal Fətulla bildirib ki, daxil olan müraciətlərdə VHP üzvü olan deputatın iclasda aparıcılığından sui-istifadə edərək partiya sədrinə qarşı bu cür davranışının nə etik, nə də siyasi baxımdan yolverilməz olduğu bildirilir və Rafael Hüseynov haqqında tədbir görülməsi tələb edilir.
MNTK Partiya Nizamnaməsinin 9.2-ci maddəsinə əsasən Ali Məclisin üzvü Rafael Hüseynova töhmət elan edilməsi barədə qərar qəbul edib.
Reklam
Oxşar xəbərlər
Rafael Məmmədova yüksək vəzifə verildi – FOTO
İsrailin xarici işlər naziri Azərbaycana gələcək
Tramp Azərbaycan kanalının videosunu paylaşdı – FOTO
Prezident bu qanunu imzaladı
Prezident Anar İsgəndərovla bağlı sərəncam imzaladı
Elçibəyin oğlu Nemət Pənahlını məhkəməyə verir
İşdən çıxarılan icra başçısını bu xanım əvəz edir – FOTO
İcra Hakimiyyətində bu şöbə ləğv edildi, sektor yaradıldı