Antidepresantları tərgitməyin ən təsirli yolu – ARAŞDIRMA
Yeni aparılan genişmiqyaslı bir araşdırma göstərir ki, antidepressantlardan istifadə ömür boyu davam etməli bir məcburiyyət deyil.
Az24.az xəbər verir ki, dünyada antidepressant istifadə edənlərin sayı hər il artsa da, mütəxəssislərə görə, bu dərmanları düzgün şəkildə və mərhələli olaraq azaltmaqla təhlükəsiz şəkildə tərgitmək mümkündür. Əsas üsul isə: dozun yavaş-yavaş azaldılması və psixoloji dəstəyin davam etməsidir.
Hazırkı tibbi tövsiyələrə görə, simptomlar keçsə belə antidepressantlar daha 6–9 ay istifadə olunmalıdır. Lakin bir çox insan emosional hissiyyatın zəifləməsi və ya cinsi problemlər kimi uzunmüddətli yan təsirlərə baxmayaraq, bu dərmanları illərlə qəbul etməyə davam edir. Bu isə dərmanı buraxmaq istəyənlərdə tərəddüd yaradıb.
Bu suala cavab tapmaq üçün Fransa və İtaliyadan tədqiqatçılar 17 mindən çox iştirakçının yer aldığı 76 randomizə edilmiş araşdırmanı analiz ediblər. Nəticələr “The Lancet Psychiatry” jurnalında dərc olunub. Araşdırma göstərib ki, dərmanın dozasını mərhələli şəkildə azaltmaq və bununla paralel psixoloji dəstəyi davam etdirmək, simptomların geri dönməsinin qarşısını almaqda təsirlidir.
Araşdırmanın rəhbəri, Verona Universitetindən Prof. Covanni Ostuzzi bildirib ki, antidepressantları tərgitmək çox xəstə üçün mümkündür, lakin bu qərar mütləq mütəxəssislə birlikdə verilməlidir. O, ən doğru strategiyanın şəxsi ehtiyaclara uyğunlaşdırılmasının vacibliyini vurğulayıb.
Tədqiqatçılar, xüsusilə, buraxma prosesində iki vacib məqamın uğura təsir etdiyini qeyd ediblər:
-
Doz azaltma müddəti
-
Psixoloji dəstəyin mövcudluğu
Dörd həftədən uzun davam edən azaltma “yavaş doz azaldılması”, 12 həftəni keçən isə “çox yavaş doz azaldılması” sayılır. Ani şəkildə dərmanı kəsmək və ya sürətli azaltmaqla müqayisədə, bu metodların hər 5 xəstədən 1-də təkrarlanmanı (nüksü) önləyə biləcəyi ehtimal edilir.
Araşdırmanın məhdudiyyətləri də vurğulanıb: psixoterapiya ilə bağlı məlumatlar məhduddur və mövcud araşdırmaların böyük qismi depressiyaya fokuslanıb — cəmi 20%-i anksiyete ilə bağlıdır. Bu səbəbdən, anksiyetenin müalicəsi üçün daha çox araşdırmaya ehtiyac var.
Araşdırmada iştirak etməyən digər mütəxəssislər isə nəticələrin ehtiyatla dəyərləndirilməli olduğunu bildiriblər.
Dəniz
Reklam
Oxşar xəbərlər
Zeytun yarpağı: Sağlamlıq üçün faydaları və istifadəsi
İbn Sinanın öskürəyi kəsən MÖCÜZƏVİ QARIŞIMI – Ballı şərbət
Badam yağı – Sağlamlıq və gözəllik üçün təbii hədiyyə
Qara zirə nə üçün “şəfa toxumu” adlanır?
Bal, yoxsa bəkməz daha faydalıdır?
Zərdçalın faydaları: Sağlamlıq və gözəllik üçün təbii ədviyyat
Masa arxasında çalışanlar üçün 4 VACİB TÖVSİYƏ
Sağlam yuxunun SİRRİ – Həkimlərdən TÖVSİYƏ