Bakıda ŞOK HADİSƏ: 14 yaşlı qız ana oldu – YENİLƏNDİ

Bakıda ŞOK HADİSƏ: 14 yaşlı qız ana oldu – YENİLƏNDİ

Cəmiyyət 11.12.2025 19:30 112

Xəbər verdiyimiz kimi, Bakıda 14 yaşlı qız uşaq dünyaya gətirib.

Az24.az xəbər verir ki, mələsə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 11.12.2025-ci il tarixində saat 01:45 radələrində 2011-ci il təvəllüdlü yeniyetmə (qadın) qarın nahiyəsində şiddətli sancı şikayəti ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

“Pasiyentdə dərhal USM müayinəsi aparılıb və 36 həftə 4 günlük hamiləlik müddəti, baş gəlişi, DQVEC- doğuşun I dövrü diaqnozu müəyyən edilərək o, Ginekologiya şöbəsinə yerləşdirilib.

Aparılan əlavə müayinələr zamanı kəskin azsululuq, dölün distres sindromu və taxikardiya qeydə alınıb.

11.12.2025-ci il tarixində pasiyent üzərində abdominal doğuş icra edilib. Çəkisi 2600 qram, boyu 47 sm olan qız uşağı dünyaya gəlib.

Hazırda həm ana, həm də körpənin vəziyyəti kafidir”, – deyə məlumatda qeyd edilib.

***

Bakıda 14 yaşlı qız uşaq dünyaya gətirib.

Az24.az qafqazinfo-ya istinadən xəbər verir ki, 2011-ci il təvəllüdlü yeniyetmə bu gün paytaxtdakı xəstəxanalardan birində qız uşağı dünyaya gətirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli faktı təsdiqləyib. Bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır.

Reklam