17 yaşlı oğlanı əvvəl bıçaqladı, sonra maşınla vurdu – TƏFƏRRÜAT
Gəncədə piyada ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Az24.az APA-ya istinadla xəbər verir ki, şəhər ərazisində hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 17 yaşlı Ə.Qurbanovu vurub.
O, xəstəxanaya aparılarkən yolda vəfat edib. Hadisə ilə bağlı araşdırma aparılır.
İlkin məlumata görə, qəza qəsdən törədilib.
Belə ki, 2008-ci il təvəllüdlü Ə.Qurbanov “VAZ 2107”nin sürücüsü, Gəncə şəhər sakini 1997-ci il təvəllüdlü Ə.Fərzəliyevlə mübahisə edib. Mübahisədən sonra o, sürücünün ayağına bıçaqla, daha sonra isə başına daşla xəsarət yetirib. Ə.Qurbanov hadisə yerindən uzaqlaşsa da, Ə.Fərzəliyevin avtomobillə onu qəsdən vurduğu bildirilir.
Ağır xəsarət alan Ə.Qurbanov xəstəxanaya aparılıb. Müayinə zamanı onun öldüyü məlum olub.
Məlumata görə, Ə.Qurbanov hadisə baş verən gün Ə.Fərzəliyevin avtomobilini qaçırıbmış.
Hadisədən sonra sürücü polisə təslim olub. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
Reklam
Oxşar xəbərlər
Ağdərədə 38 yaşlı kişi minaya düşdü – Ayağı amputasiya olundu
Bakıda şadlıq evi yandı, toy yarımçıq qaldı – VİDEO
Sabiq deputat vəfat etdi – FOTO
Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? – RƏSMİ
Masazırda binada yanğın: İnsanlar təxliyə edildi – VİDEO
Tanınmış alim vəfat etdi – FOTO
Tərdərdə 53 yaşlı kişi faciəli şəkildə öldü, anası…
Gəncədə yeniyetmə məktəbin qarşısında bıçaqlandı