Korrupsiyaya görə həbs olunmuş məmurun yerinə TƏYİNAT
Qaradağ Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub.
Az24.az xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Süleyman Mikayılov əmr imzalayıb.
Belə ki, yeni təyinat Rayon təsərrüfatı şöbəsinin Baş məsləhətçi (mühəndis) vəzifəsi üzrə aparılıb və əmrə əsasən, bu posta Kamran Əliyev təyinat alıb. O, hazırda şöbədə çalışan yeganə əməkdaş olduğundan müdir vəzifəsinin müvəqqəti icraçısı müəyyən olunub.
K.Əliyev bu vəzifədə ötən ay Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən icra hakimiyyətində keçirilən yoxlamalar zamanı həbs edilmiş Qafar Abdullayevi əvəzləyib.
Reklam
Oxşar xəbərlər
Bu avtobuslarda gedişhaqqı 90 qəpik oldu
13.01.2026
16:45
Misir Mərdanova yeni vəzifə verilir – Onun yerinə gətirilir
13.01.2026
16:21
Bu cərimələr kəskin artdı
13.01.2026
15:55
“Azercell” abunəçilərinə BƏD XƏBƏR: Xidmətlər bahalaşdı
13.01.2026
14:18
Pensiyaçılara ŞAD XƏBƏR: Ödənildi
13.01.2026
12:00
TƏCİLİ – Azərbaycanda zəlzələ oldu
13.01.2026
11:11