Güllünü qızı öldürüb – Səs yazıları ilə təsdiqləndi

Güllünü qızı öldürüb – Səs yazıları ilə təsdiqləndi

Dünya 11.12.2025 15:45 25

Yalovada məşhur müğənni Güllünün ölümü ilə bağlı aparılan istintaqda yeni detallar üzə çıxıb. TÜBİTAK tərəfindən təmizlənən səs yazıları hadisənin qəsdən öldürmə ola biləcəyini göstərib.

Az24.az xəbər verir ki, səs qeydlərində Güllünün qızı Tuğyan Ülkem Gülterin anasına “Səni atacağam indi” dediyi, daha sonra isə Güllünü pəncərədən itələdiyi, ardınca isə “Hadi görüşürüz, bay bay” söylədiyi aşkarlanıb.

Hadisə gecəsinə aid görüntülərlə bağlı hesabat istintaq materiallarına daxil edilib. Bunun fonunda Gülter, onun hadisə zamanı evdə olan dostu Sultan Nur Ulu və daha iki nəfər həbs olunub.

İstintaq həmçinin Gülter və Ulunun Gürcüstan üzərindən ölkədən çıxmağa hazırlaşdıqlarını da müəyyən edib.

Faktla bağlı araşdırma qəsdən adam öldürmə şübhəsi ilə davam etdirilir.

Dəniz

Reklam