Yanvarda əsgərliyə gedənlərə VACİB XƏBƏR
Qış aylarında əsgərliyə çağırışın müəyyən çətinliklər yarada biləcəyi barədə fikirlər zaman-zaman gündəmə gəlir. Maraqlıdır, qış çağırışı ilə bağlı geniş yayılan narahatlıqların əsası varmı?
Az24.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev qeyd edib ki, Vətəni qorumağın müəyyən mövsümü yoxdur.
Ekspertin sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin bütün qoşun növlərində hərbi xidmət, fəsillərə uyğun şəkildə təşkil olunur:
“Vətəni qorumağın fəsli olmur. İstər qış, istər yay olsun, Silahlı Qüvvələrdə hərbi xidmət üçün bütün geyim və yataq normaları mövcuddur. Bu təminatlar çağırışçıların xidmətini ən komfortlu şəkildə davam etdirməsinə imkan verir.”
Ə.Verdiyev bildirib ki, hərbçinin xidmətinin mövsümə görə bölünməsi doğru yanaşma deyil:
“Böyük vəzifənin yerinə yetirilməsinin fəsli, gecəsi, gündüzü, yağışı, qarı olmaz. Hər bir Azərbaycan vətəndaşı dövlət tərəfindən göndərilən çağırış vərəqəsi əsasında səfərbərlik və hərbi xidmətə çağırış şöbələrinə yaxınlaşmalı, xidmətini keçib vəzifə borcunu yerinə yetirməlidir.”
Ekspertin sözlərinə görə, qışda əsgərliyə getmək heç bir təhlükə və ya əlavə problem yaratmır, əksinə, hərbi xidmətin bütün infrastruktur imkanları çağırışçıların uyğunlaşdırılmış şəraitdə xidmətini təmin edir.
Reklam
Oxşar xəbərlər
Bu avtobuslarda gedişhaqqı 90 qəpik oldu
Misir Mərdanova yeni vəzifə verilir – Onun yerinə gətirilir
Bu cərimələr kəskin artdı
“Azercell” abunəçilərinə BƏD XƏBƏR: Xidmətlər bahalaşdı
Pensiyaçılara ŞAD XƏBƏR: Ödənildi