Yeni il tətili ilə bağlı RƏSMİ AÇIQLAMA
Sosial şəbəkələrdə və bəzi mətbuat orqanlarında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar iş yerlərinin dəyişdiriləcəyi barədə iddialar yayılıb.
İddialara görə, 29-30 dekabr iş günlərinin yeri 27-28 dekabrla dəyişdiriləcək və bayram tətili 1 həftə olacaq.
Qeyd edək ki, iş günlərinin yerlərinin dəyişdirilməsi səlahiyyəti Nazirlər Kabinetinə məxsusdur.
AZ24.az xəbər verir ki, Modern.az məsələni dəqiqləşdirmək üçün Nazirlər Kabinetinə sorğu ünvanlayıb.
Qurumdan verilən açıqlamada bildirilib ki, hazırda bu barədə hər hansı qərar yoxdur.
Xatırladaq ki, dekabr ayının 31-i və yanvar ayının 1 və 2-si qeyri-iş günüdür. Yanvar ayının 3-ü və 4-ü şənbə və bazar gününə düşdüyü üçün ard-arda 5 gün iş olmayacaq.
Reklam
Oxşar xəbərlər
“Azercell” abunəçilərinə BƏD XƏBƏR: Xidmətlər bahalaşdı
13.01.2026
14:18
Pensiyaçılara ŞAD XƏBƏR: Ödənildi
13.01.2026
12:00
TƏCİLİ – Azərbaycanda zəlzələ oldu
13.01.2026
11:11
Metroda məsafəyə görə ödəniş sisteminə keçidlə bağlı RƏSMİ AÇIQLAMA
13.01.2026
10:56
Saat 15:00-dək sənədləri təqdim etməsələr, ləğv ediləcək – Valideynlərə XƏBƏRDARLIQ
13.01.2026
10:32
Azərbaycanda ali məktəblərdə maliyyə yoxlamaları aparılacaq
13.01.2026
10:07