Ukrayna Rusiyanın daha bir tankerinə zərbələr endirib
Ukrayna Təhlükəsizlik Xidməti və Hərbi Dəniz Qüvvələri Qara dənizdə Rusiyanın “kölgə donanması”na aid daha bir tankerə “Sea Baby” dəniz dronlarından istifadə edərək hücum edib.
AZ24.az xəbər verir ki, bu barədə “Suspilne” qəzeti Ukrayna kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb.
Komor adaları bayrağı altında üzən “Dashan” adlı gəmi transponderi söndürülmüş vəziyyətdə Novorossiyskə doğru gedirmiş.
“Tankerə ciddi ziyan dəyib və zərbə nəticəsində sıradan çıxıb. Mənbələrin məlumatına görə, bu, son iki həftə ərzində hücuma məruz qalan üçüncü Rusiya tankeridir”, – məlumatda deyilir.
Nəşr qeyd edib ki, bir səfər zamanı təxminən 60 milyon dollar dəyərində neft məhsulları daşıyıb. “Dashan” gəmisi Aİ, Böyük Britaniya, Kanada, Avstraliya və İsveçrənin sanksiyalarına məruz qalıb. (report)
Reklam
Oxşar xəbərlər
Azərbaycanlı müğənni Trampdan kömək istədi – Məhv edin!
İran ABŞ-la danışıqlara razılıq verdi – Tramdan AÇIQLAMA
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”