“Qarabağ” “Ayaks”a məğlub oldu – YENİLƏNDİ

“Qarabağ” “Ayaks”a məğlub oldu – YENİLƏNDİ

İdman 10.12.2025 23:40 56

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində keçirilən qarşılaşmada “Qarabağ” “Ayaks”a 2:4 hesabı ilə məğlub oldu.

AZ24.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanı sloveniyalı FIFA referisi Rade Obrenoviç idarə edirdi.

Bu nəticədən sonra “Qarabağ” 7 xalla 21-ci sırada qərarlaşır. “Ayaks” isə ilk 3 xalını qazanır.

***

Matçın 90-cı dəqiqəsində Oskar Qlux dubl edir və hesabda fərqi 2 topa çatdırır. “Qarabağ” 2:4 “Ayaks”.

***

Matçın 83-cü dəqiqəsində “Ayaks” Anton Qoeinin qolu ilə hesabda önə keçdi. “Qarabağ” 2:3 “Ayaks”.

***

Matçın 79-cu dəqiqəsində rəqib Oskar Qluxun qolu ilə hesabı yenidən bərabərləşdirdi. “Qarabağ” 2:2 “Ayaks”.

***

Mateus Silva 47-ci dəqiqədə komandamızı yenidən hesabda önə keçirdi: “Qarabağ” 2:1 “Ayaks”.

***

Matçda ilk hissə 1:1 hesabı ilə başa çatdı.

***

Qonaqlar matçın 39-cu dəqiqəsində K.Dolberqin uzaqdan dəqiq zərbəsi ilə hesabı bərabərləşdirdi. “Qarabağ” 1:1 “Ayaks”.

***

Təmsilçimiz matçın 10-cu dəqiqəsində Kamilo Duranın qolu ilə hesabı açır. “Qarabağ” 1:0 “Ayaks”.
***

Matç başladı.

***

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda Niderlandın “Ayaks” komandasını qəbul edir.

AZ24.az xəbər verir ki, qarşılaşma saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq. Oyunu sloveniyalı FIFA referisi Rade Obrenoviçin idarə edəcəyi hakimlər briqadası nəzarət edəcək.

Turnir cədvəlinə gəldikdə, Azərbaycan təmsilçisi hazırda 7 xalla 21-ci pillədə qərarlaşıb. Beş oyunun hamısında məğlub olan “Ayaks” isə 36-cı yerdə olmaqla qrupun sonuncusudur.

***

Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Ayaks” oyununun start heyətləri açıqlanıb.

AZ24.az xəbər verir ki, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmaya komandalar aşağıdakı heyətlərlə çıxacaqlar:

“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Emanuel Addai, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.

“Ayaks”: Vitezslav Yaroş, Aron Bauman, Yuri Bas, Lukas Rosa, Anton Qoei, Şon Styor, Jorti Mokio, Ko İtakura, Raul Moro, Kasper Dolberq, Oskar Qlux.

Reklam