“Qarabağ” – “Ayaks” oyununun təxirə salınması iddialarına klubdan CAVAB

“Qarabağ” – “Ayaks” oyununun təxirə salınması iddialarına klubdan CAVAB

İdman 10.12.2025 20:40 40

Xəbər verdiyimiz kimi, bu gün saat 21:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda “Qarabağ” – “Ayaks” oyunu start götürəcək. Lakin Bakıda hökm sürən yağışlı hava səbəbindən oyunun təxirə salınacağı ilə bağlı iddialar yayılıb.

AZ24.az xəbər verir ki, globalinfo.az məsələni dəqiqləşdirmək üçün “Qarabağ” FK ilə əlaqə saxlayıb.

Klub iddiaları təkzib edib:

“Oyun təxirə salınmır, hər şey qaydasındadır. Hazırda stadiondayıq. Bu, adi yağışdır”.

Reklam