Sabah 7800 abonentin qazı kəsiləcək
Sabah Astara rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
Bu barədə AZ24.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Qeyd olunub ki, Astara rayonunun “Şahağacı” qaz paylayıcı stansiyasında istismarda olan metal qaz xəttinin üzərində yerləşən siyirtmədə aşkarlanmış qaz sızması aradan qaldırılacaq.
Bu məqsədlə dekabrın 11-də saat 10:00-dan işlər tamamlananadək Siyəkü, Vaqo, Niləşə, Binəbəy, Həsin, Lələkəpeştə, Şağlazüzə, Siyakeş, Şıxaməhəllə, Rinə, Pensər, Çayoba, Kakalos, Kolatan, Bala Şahağacı, Qamışoba, Şiyəkəran, Şahağacı, Təngərüd, Maşxan kəndlərinin və Kijəbə qəsəbəsinin bir hissəsi olmaqla ümumilikdə 7 800 abonentin təbii qaz təchizatının müvəqqəti olaraq dayandırılması planlaşdırılır.
Reklam
Oxşar xəbərlər
“Azercell” abunəçilərinə BƏD XƏBƏR: Xidmətlər bahalaşdı
Pensiyaçılara ŞAD XƏBƏR: Ödənildi
TƏCİLİ – Azərbaycanda zəlzələ oldu
Metroda məsafəyə görə ödəniş sisteminə keçidlə bağlı RƏSMİ AÇIQLAMA
Saat 15:00-dək sənədləri təqdim etməsələr, ləğv ediləcək – Valideynlərə XƏBƏRDARLIQ