Prezident Şahin Əliyevi işdən çıxardı – Yeni təyinat
Şahin Məhərrəm oğlu Əliyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib.
Az24.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Qeyd edək ki, Şahin Əliyev Prezident İlham Əliyevin 19 may 2022-ci il Sərıncamı ilə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına rektor təyin edilmişdi. O, bu təyinatadək Prezident Administrasiyasının Hüquq ekspertizası şöbəsinin müdiri vəzifəsində işləyib. Şahin Əliyev dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə 2020-ci ilin yanvarında “Şöhrət” ordeni ilə təltif edilib.
Prezidentin digər Sərəncamı ilə Rövşən Rəhim oğlu İsmayılov Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru təyin edilib.
Reklam
Oxşar xəbərlər
“Azercell” abunəçilərinə BƏD XƏBƏR: Xidmətlər bahalaşdı
13.01.2026
14:18
Pensiyaçılara ŞAD XƏBƏR: Ödənildi
13.01.2026
12:00
TƏCİLİ – Azərbaycanda zəlzələ oldu
13.01.2026
11:11
Metroda məsafəyə görə ödəniş sisteminə keçidlə bağlı RƏSMİ AÇIQLAMA
13.01.2026
10:56
Saat 15:00-dək sənədləri təqdim etməsələr, ləğv ediləcək – Valideynlərə XƏBƏRDARLIQ
13.01.2026
10:32
Azərbaycanda ali məktəblərdə maliyyə yoxlamaları aparılacaq
13.01.2026
10:07
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır
12.01.2026
23:42