Əli Kərimli barəsində qərar verildi

Əli Kərimli barəsində qərar verildi

Siyasət 10.12.2025 16:02 43

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı qərarın dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət edilib.

Az24.az xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində vəsatətə baxılıb və qərar qəbul edilib.

Qərara əsasən, vəsatət təmin edilməyib.

Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Reklam