Güllünün qızı və rəfiqəsi saxlanıldı

Güllünün qızı və rəfiqəsi saxlanıldı

Dünya 10.12.2025 09:22 29

Yalovadakı evinin pəncərəsindən yıxılaraq həyatını itirən “Güllü” adı ilə tanınan məşhur sənətçi Gül Tutun qızı Tuğyan Ülkem Gülter və rəfiqəsi Sultan Nur Ulu Böyükçəkməcədə saxlanılıb.

AZ24.az xəbər verir ki, 2025-ci il 28 sentyabr tarixində Yalovanın Çınarcık rayonunun Harmanlar məhəlləsində, Vali Akı Caddesi üzərindəki binanın 5-ci mərtəbəsində yerləşən qapalı terasda məşhur müğənni Güllü (52) qızı və rəfiqəsi ilə əyləndiyi vaxt pəncərədən yıxılaraq həyatını itirmişdi.

Güllünün ölümü ilə bağlı Yalova Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Tuğyan Ülkem Gülter və Sultan Nur Ulu, Yalova Cinayət Axtarış Şöbəsi əməkdaşları tərəfindən İstanbulun Böyükçəkmece ilçəsində qaldıqları yaşayış kompleksində saxlanılıb. Gülter və Ulu dindirmə üçün Yalovaya aparılıb.

Dəniz

Reklam