“Qarabağ” “Ayaks”ı qəbul edir
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində Niderlandın “Ayaks” klubunu qəbul edəcək.
Az24.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın start fiti saat 21:45-də səslənəcək.
Oyunun baş hakimi sloveniyalı Rade Obrenoviç olacaq.
“Qarabağ” növbəti oyununu yanvarın 21-də doğma meydanda “Ayntraxt Frankfurt” klubuna qarşı keçirəcək.
Xatırladaq ki, “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk beş turunda iki qələbə, bir heç-heçə və iki məğlubiyyətdən sonra yeddi xal toplamağı bacarıb.
“Qarabağ” 5 oyundan sonra 7 xalla turnir cədvəlinin 21-ci pilləsində qərarlaşıb. Xalı olmayan “Ayaks” isə sonuncudur.
UEFA Çempionlar Liqası
Əsas mərhələ
VI tur
10 dekabr
21:45. “Qarabağ” – “Ayaks”
Reklam
Oxşar xəbərlər
Qara Qarayevə vəzifə verildi
Daha bir Fransa klubu “Qarabağ”ın oyunçusunu istəyir
Macarıstan millisinin futbolçusu “Qarabağ”da oynamaq istəyir
Kenan Yıldız “ayın ən dəyərli oyunçusu” seçildi
Neymar şəxsi nəqliyyat vasitələrinin kolleksiyasını paylaşdı – FOTO
“Yoldaşım evdə futbol oynamağımıza icazə vermir” – Messi