Məzuniyyətlə bağlı MÜHÜM DƏYİŞİKLİK: Ödəniş qaydası dəyişir

Məzuniyyətlə bağlı MÜHÜM DƏYİŞİKLİK: Ödəniş qaydası dəyişir

Cəmiyyət 09.12.2025 23:36 6366

Məzuniyyətdən istifadə zamanı işçilərin hüquqi təminatlarında dəyişiklik ediləcək.

AZ24.az xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin dekabrın 3-də keçirilən onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Mövcud qanunvericiliyə görə, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır.

Layihəyə əsasən, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda sonuncu əmək haqqından az olmamaqla orta əmək haqqı saxlanılacaq.

Reklam