Bu yolda sürət həddi endirildi – Sürücülərə MÜRACİƏT

Bu yolda sürət həddi endirildi – Sürücülərə MÜRACİƏT

Cəmiyyət 09.12.2025 21:55 37

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq sürücülərə müraciət edib.

Mərkəzdən AZ24.az-a verilən məlumata görə, müraciətdə Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirildiyi bildirilir.

“Bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir”, – müraciətdə bildirilir.

Reklam