Gəlinimdən cehiz istəmirəm, özüm alacam – Xalq artisti

Gəlinimdən cehiz istəmirəm, özüm alacam – Xalq artisti

Şou 09.12.2025 20:53 36

Xalq artisti Könül Xasıyeva oğlu Kazımla bağlı gələcək planlarını və arzusunu bölüşüb.

Az24.az xəbər verir ki, tanınmış muğam ifaçısı “Evdəkilərə salam” verilişində gələcək gəlinindən cehiz tələb etməyəcəyini bildirib.

O, oğlunun ailə quracağı zaman bütün ehtiyacları özünün qarşılayacağını vurğulayıb:

“Kazım evlənəndə gəlindən heç nə istəmirəm. Gəlin cehiz gətirir, heç birin gətirməsin. Bir Kazımın barmağına balaca üzük taxsın. Bir də bu evə sevinc, şadlıq, sədaqət, inam, balama sevgi gətirsin. Ayrı bir çöp istəmirəm. Hər şey etmişəm. Oğlumun otağını da ayırmışam. İçində hər şey var, bircə mebellərin almamışam. Gəlin gedər özü baxıb seçər, mən də pulunu verəcəyəm. Mənim qızım yoxdur, qız arzulamışam. Gələn mənim qızım olacaq”.

Reklam