Tramp: “Ukraynada yeni seçkilərin vaxtı çatıb”

Tramp: “Ukraynada yeni seçkilərin vaxtı çatıb”

Dünya 09.12.2025 17:07 29

ABŞ Prezidenti Donald Tramp Ukraynada yeni seçkilərin keçirilməsinin zamanının gəldiyini bildirib.

Az24.az xəbər verir ki. Tramp Volodimir Zelenskinin artıq “iş başına keçməli” və ABŞ-ın danışıqlar təkliflərini qəbul etməyə başlamalı olduğunu vurğulayıb.

Trampın sözlərinə görə, Avropa Ukrayna münaqişəsinin öhdəsindən gələ bilmir və mövcud danışıqlarda Rusiyanın mövqeləri şübhəsiz şəkildə daha güclüdür.

“Rusiya daha böyük ölkədir”, – deyə ABŞ lideri əlavə edib.

Reklam