Qəhvəni bu qidalarla birgə içməyin – TƏHLÜKƏLİDİR
Səhər qəhvəsi bir çox insan üçün günə başlamanın ayrılmaz ritualıdır. Lakin qəhvəni doğru qidalarla birlikdə qəbul etmək həm həzm sistemi, həm də qida maddələrinin sorulması baxımından böyük əhəmiyyət daşıyır.
Mütəxəssislər bildirirlər ki, bəzi qidalar qəhvə ilə birlikdə istehlak edildikdə mədəni yora və hətta sağlamlığa mənfi təsir göstərə bilər. Yanlış qida-qəhvə kombinasiyaları, xüsusilə həssas mədəyə sahib insanlarda həzm problemləri yarada bilər.
Qəhvəni ac qarına içməyin mədə turşusunu artırdığı məlumdur. Buna bir də uyğun olmayan qida əlavə olunduqda, mədə yanması, şişkinlik və həzmsizlik kimi problemlər daha da güclənə bilər. Buna görə də “səhər yeməyində nə yediyiniz” ən az “qəhvəni necə içdiyiniz” qədər əhəmiyyətli hesab olunur.
Qəhvə ilə birlikdə istehlak edildikdə ən riskli qida qruplarından biri turunçgillərdir. Qəhvə onsuz da təbii şəkildə turş tərkiblidir. Portağal, mandarin, qreypfrut kimi yüksək turşulu meyvələrlə birlikdə qəbul edildikdə mədə turşusu daha da artır. Bu hal xüsusilə reflü, qastrit və ya mədə həssaslığı olan insanlarda ciddi narahatlığa səbəb ola bilər. Bir çox mütəxəssis asidik qidaların qəhvə ilə birlikdə qəbulunun qıcıqlanmanı artırdığını və səhər saatlarında mədəni yora biləcəyini vurğulayır.
Qızardılmış qidaların yüksək yağ və duz tərkibli olduğu bilinir. Lakin onlar qəhvə ilə birlikdə istehlak edildikdə risk daha da artır. Araşdırmalar göstərir ki, çox qəhvə içmək bəzi insanlarda qan lipidlərini yüksəldə bilər. Buna bir də yağda qızarmış qidalar əlavə edildikdə LDL xolesterinin artma ehtimalı daha da güclənir. Bu səbəbdən səhər yeməyində qızartma–qəhvə dueti ürək sağlamlığı üçün tövsiyə edilmir.
Əksər insanların təəccübləndiyi məqamlardan biri də süd və qəhvə birləşməsidir. Südün kalsium baxımından zəngin olması üstünlük kimi görünsə də, bəzi araşdırmalar qəhvənin kalsiumun sorulmasını azalda biləcəyini ortaya qoyub. Sorulmadan bədəndən atılan kalsium uzun müddətdə sümük sağlamlığı üçün mənfi nəticələr yarada bilər. Bu təsir xüsusilə böyrək daşı riski olan şəxslərdə daha güclü hiss oluna bilər.
Təkcə qəhvə istehlakı adətən qan təzyiqini ciddi şəkildə artırmır. Lakin çox qəhvə içmək və eyni zamanda yüksək duzlu qidalar qəbul etmək hipertoniya riskini artırır. Mütəxəssislər bildirirlər ki, bu kombinasiya qan təzyiqini mənfi təsirləyə və hipertoniya xəstələri üçün təhlükəli ola bilər.
Fermentləşdirilmiş qidalar bağırsaq sağlamlığı üçün çox faydalıdır. Lakin qəhvə ilə eyni anda qəbul edildikdə mədə turşusunu artıraraq qaz, şişkinlik və həzmsizlik kimi yan təsirlər yarada bilər. Bu təsir xüsusilə fermentləşdirilmiş qidaları yeni istehlak etməyə başlayan insanlarda daha güclü müşahidə olunur.
Dəniz
Reklam
Oxşar xəbərlər
Zeytun yarpağı: Sağlamlıq üçün faydaları və istifadəsi
İbn Sinanın öskürəyi kəsən MÖCÜZƏVİ QARIŞIMI – Ballı şərbət
Badam yağı – Sağlamlıq və gözəllik üçün təbii hədiyyə
Qara zirə nə üçün “şəfa toxumu” adlanır?
Bal, yoxsa bəkməz daha faydalıdır?
Zərdçalın faydaları: Sağlamlıq və gözəllik üçün təbii ədviyyat
Masa arxasında çalışanlar üçün 4 VACİB TÖVSİYƏ
Sağlam yuxunun SİRRİ – Həkimlərdən TÖVSİYƏ