“Neftçi”nin yeni baş məşqçisi bəlli oldu – FOTO
“Neftçi” PFK-nın baş məşqçisi vəzifəsinə Yuri Vernidub təyin edilib. Ukraynalı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.
Az24.az xəbər verir ki, bu barədə “Neftçi” klubu məlumat yayıb
Məşqçilik fəaliyyətinə 2001-ci ildə köməkçi məşqçi kimi başlayan, 2011-ci ildən etibarən isə baş məşqçi postunu tutan Vernidub vətənində “Metallurq” (Zaporojye), “Zarya”, “Krivbass”, Belarusda “Şaxtyor” (Soliqorsk), Moldovada “Şerif” klublarında çalışıb.
Təcrübəli məşqçi müxtəlif illərdə “Zarya” və “Krivbass” ilə Ukrayna çempionatının bürünc mükafatçısı, “Şerif”lə 2 dəfə Moldova çempionu olub.
“Şerif”i UEFA Çempionlar Liqasının, “Zarya”nı Avropa Liqasının qrup mərhələsinə yüksəldən, “Krivbass”ı 24 ildən sonra avrokuboklara çıxaran mütəxəssis 2016 və 2018-ci illərdə Ukraynada, 2021-ci ildə isə Moldovada ilin məşqçisi seçilib.
Qeyd edək ki, məşqçilər korpusunda Vernidubun köməkçiləri – Valeri Mixaylenko, Dmitro Kara-Mustafa, Vitali Vernidub və İqor Fokin yer alırlar.

Reklam
Oxşar xəbərlər
Qara Qarayevə vəzifə verildi
Daha bir Fransa klubu “Qarabağ”ın oyunçusunu istəyir
Macarıstan millisinin futbolçusu “Qarabağ”da oynamaq istəyir
Kenan Yıldız “ayın ən dəyərli oyunçusu” seçildi
Neymar şəxsi nəqliyyat vasitələrinin kolleksiyasını paylaşdı – FOTO
“Yoldaşım evdə futbol oynamağımıza icazə vermir” – Messi