Bakıda kollecdə QALMAQAL: Direktorla mübahisə edib özünə xəsarət yetirdi
Bu gün səhər saatlarında Sənaye və Texnologiya Kollecində insident baş verib.
Az24.az xəbər verir ki, Milli.Az-ın əldə etdiyi məlumata görə, Sənaye və Texnologiya Kollecində laborant kimi çalışan S.N (ad şərtidir) kollecin direktoru Nasim Abışovla mübahisə edib.
Bundan sonra isə S.N özünə xəsarətlər yetirib və dərhal hadisə yerinə təcili tibbi yardım çağırılıb. Özünə xəsarət yetirən şəxsin vəziyyətinin hazırda yaxşı olduğu bildirilir.
Məlumata görə, Nasim Abışov 2025-ci ildə Sənaye və Texnologiya Kollecinə direktor təyin olunub və bir müddətdir ki, kollecin müəllim və digər əməkdaşları ilə problemlər yaşayır.
Qeyd edək ki, Azərbaycan Respublikası yanında AAK-da ekspert komissiyasının sədr müavini olmuşdur. 2025-ci ildən ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin direktoru vəzifəsində işləyir.
Reklam
Oxşar xəbərlər
Pensiyaçılara ŞAD XƏBƏR: Ödənildi
TƏCİLİ – Azərbaycanda zəlzələ oldu
Metroda məsafəyə görə ödəniş sisteminə keçidlə bağlı RƏSMİ AÇIQLAMA
Saat 15:00-dək sənədləri təqdim etməsələr, ləğv ediləcək – Valideynlərə XƏBƏRDARLIQ
Azərbaycanda ali məktəblərdə maliyyə yoxlamaları aparılacaq
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır