Dünyanın ən çətin dilləri açıqlandı – SİYAHI

Dünyanın ən çətin dilləri açıqlandı – SİYAHI

Maraqlı 09.12.2025 17:36 61

Dünya media orqanları bir neçə nüfuzlu dilçilik tədqiqatına əsasən öyrənilməsi ən çətin dillərin yeni siyahısını dərc edib.

Az24.az xəbər verir ki, “CEOWORLD Magazine”, “Kochiva” və digər beynəlxalq platformaların araşdırmalarına görə, siyahının ilk pillələrində Asiya və Şərqi Avropa dilləri yer alır.

Məlumata görə, Mandarin Çin dili özünün ton sistemi, minlərlə heroqlifi və mürəkkəb qrammatik quruluşu ilə dünyanın ən çətin dili hesab edilib.

Eyni zamanda Ərəb dili sağdan sola yazı sistemi, çoxsaylı dialektləri və sintaktik quruluşuna görə çətin dillər arasında göstərilir.

Araşdırmalarda Koreya dili də xüsusilə çətin dillər sırasında yer alır. Tədqiqatçılar Hangul əlifbasının sadə görünməsinə baxmayaraq, dilin qrammatikasının öyrənənlər üçün kifayət qədər çətinlik yaratdığını bildiriblər. Yapon dili isə bir neçə yazı sisteminə (kanji, hiragana, katakana) malik olduğuna görə çətin dillər siyahısına daxil edilib.

Siyahıda həmçinin Rus, Fin, Polyak, Kanton, İsland, Telugu kimi dillər də yüksək çətinlik dərəcəsinə malik dillər kimi qeyd olunub.

Mütəxəssislər bildirirlər ki, dillərin çətin sayılmasının səbəbləri əsasən yazı sistemlərinin mürəkkəbliyi, ton və intonasiya fərqləri, geniş hallanma sistemi, sintaksis çətinlikləri və mədəni-mənəvi kontekstlə bağlılıqdır. Bununla belə, ekspertlərin fikrincə, “ən çətin dil” anlayışı nisbi olub, öyrənənin ana dilindən və dil təcrübəsindən asılı olaraq dəyişə bilər.

Dəniz

Reklam