“Real Madrid” daha bir türk ulduzu transfer etmək istəyir

“Real Madrid” daha bir türk ulduzu transfer etmək istəyir

İdman 14.11.2025 23:12 11

İspan nəhəngi Real Madrid, Yuventusda çıxış edən türk ulduz Kənan Yıldızı heyətinə qatmaq üçün ciddi addımlar atır.

AZ24.az xəbər verir ki, klubun baş məşqçisi Xabi Alonsoun 19–20 yaşlı hücumçuya olan marağı yüksək səviyyədədir və baş məşqçi tərəfindən bu transferin reallaşmasına dair ilkin təsdiqlər verilib. Yuventus isə Yıldız üçün 100 milyon avro səviyyəsində bonservis tələb edərək satış prosesini yalnız müəyyən şərtlərlə müzakirəyə açdığını bəyan edib.

Transfer söz-söhbətlərinin əsas səbəblərindən biri də türk ulduzun Yuventus ilə yeni müqavilə görüşləri zamanı yaranan fikir ayrılığıdır. İtaliya mediası qeyd edir ki, müqavilə yeniləmələri hazırda yubanıb və Real Madrid bu boşluğu doldurmaq üçün əlverişli mövqe qazana bilər.

Yıldızın Real Madridə keçməsi halında, Türkiyənin daha bir istedadlı gənc ulduzu Arda Gülər ilə eyni komandada çıxış etməsi ehtimalı da gündəmə gəlib.

Altay

Reklam