3 gün leysan olacaq, qar yağacaq – XƏBƏRDARLIQ
Sabahdan Bakıda və Abşeron yarımadasında dekabrın 11-i gündüzədək arabir leysan xarakterli yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.
Az24.az xəbər verir ki, gün ərzində ayrı-ayrı yerlərdə yağışın aramsız və güclü olacağı ehtimalı var. Gözlənilən intensiv və güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur.
Azərbaycanın rayonlarında bu gün axşamdan 11-i axşamadək fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsinin bəzi yerlərində isə yağıntının bir qədər də güclənəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.
Reklam
Oxşar xəbərlər
Pensiyaçılara ŞAD XƏBƏR: Ödənildi
TƏCİLİ – Azərbaycanda zəlzələ oldu
Metroda məsafəyə görə ödəniş sisteminə keçidlə bağlı RƏSMİ AÇIQLAMA
Saat 15:00-dək sənədləri təqdim etməsələr, ləğv ediləcək – Valideynlərə XƏBƏRDARLIQ
Azərbaycanda ali məktəblərdə maliyyə yoxlamaları aparılacaq
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır