Türkiyədə futbol QALMAQALI – 20 nəfər həbs olundu

Türkiyədə futbol QALMAQALI – 20 nəfər həbs olundu

Dünya 09.12.2025 09:11 25

Türkiyə futbolunda mərc ittihamları ilə bağlı aparılan istintaq çərçivəsində 20 nəfər həbs edilib.

Az24.az xəbər verir ki, onların arasında Mert Hakan Yandaş, Metehan Baltacı və keçmiş Adana Demirspor prezidenti Murat Sancak da var.

İstanbul Baş Prokurorluğunun araşdırması zamanı ümumilikdə 39 şübhəli hakim qarşısına çıxarılıb. Onlardan 19-u — o cümlədən hakim Zorbay Küçük və futbolçu Samet Karabatak — məhkəmə nəzarəti (imza atmaq və ya ölkədən çıxış yasağı) şərti ilə azad edilib.

İstintaq davam edir.

Türkiyə mətbuatının məlumatına görə, istintaq zamanı aşağıdakı şəxslər həbs olunub:

Emrah Çelik

Yunus Emre Tekoğul

Metehan Baltacı

İzzet Furkan Malak

Bartu Kaya

Murat Sancak

Orkun Özdemir

Kadir Kaan Yurdakul

Faruk Can Genç

Alassane Ndao

Mert Hakan Yandaş

Ersen Dikmen

Kerem Yusuf Sirkeci

Emircan Çiçək

Ahmet Okatan

Gürhan Sünmez

Mehmet Emin Katipoğlu

Volkan Erten

Şahin Kaya

Ümit Kaya

İstanbul Baş Prokurorluğu idman şərhçisi Ahmet Çakar haqqında həbs qərarının səhhətindəki problemlər səbəbilə ləğv edildiyini açıqlayıb. O, hazırda müalicəsini davam etdirir və zəruri olduqda məhkəməyə gətiriləcək.

Dəniz

Reklam