İmişlidə “Gənclərin maraqlar dünyası” mövzusunda tədbir keçirilib
Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin İmişli rayonu üzrə gənclər və idman sektoru, MMRMİ-nin İmişli rayon Mədəniyyət Mərkəzi, İmişli şəhər Uşaq İncəsənət məktəbi, Heydər Əliyev Mərkəzi, YARAT təhsil və karyera mərkəzi, RİİB-in Mil–Muğan Regional Bölməsinin və gənclərin iştirakı ilə İmişlidə “Gənclərin maraqlar dünyası” mövzusunda tədbir keçirilib.
Keçirilən tədbirdə çıxışçılar bildirdilər ki, gənclərin asudə vaxtının düzgün dəyərləndirilməsi onların həm şəxsi inkişafına, həm də gələcək hədəflərinə təsir göstərir.
Çıxış edənlər qeyd etdilər ki, idman, incəsənət, sosial fəaliyyətlər və xüsusilə könüllülük gənclərin özünüifadə imkanlarını artırır və onları daha fəal, təşəbbüskar və sosial baxımdan məsuliyyətli edir.
Tədbir Beynəlxalq Könüllülər Günü ilə əlaqələndirilərək vurğulandı ki, könüllülük yalnız cəmiyyətə xidmət deyil, həm də gənclərin asudə vaxtını mənalı və faydalı şəkildə dəyərləndirməsinin ən gözəl yollarından biridir.
Tədbir çərçivəsində gənclərin fikirləri dinlənildi, maraqları və asudə vaxtlarını necə dəyərləndirdiklərini bölüşdülər. Eyni zamanda tədbirin bədii hissəsində gənclər birlikdə mahnı ifa etdilər.

Reklam
Oxşar xəbərlər
Azərbaycanda ali məktəblərdə maliyyə yoxlamaları aparılacaq
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır
Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
Baş nazir qərar imzaladı