Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın söndürüldü – VİDEO – YENİLƏNİB

Bakıda doqquzmərtəbəli yaşayış binasında yanğın söndürüldü – VİDEO – YENİLƏNİB

Hadisə 14.11.2025 22:53 4

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən verilən məlumata görə, əraziyə Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının dam örtüyündə baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsnə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində yaşayış binasının damında ümumi sahəsi 7kv.m. olan liftin mühərrik otağında istifadəyə yararsız əşyalar və dam örtüyünün taxta atmaları 30kv.m. sahədə yan yanıb.

Yaşayış binası və mənzillər yanğından mühafizə olunub.

***

20:55

Axşam saatlarında Hövsan qəsəbəsində yerləşən yaşayış binalarının birində güclü yanğın başlayıb. 

AZ24.az xəbər verir ki, manşet.az-ın əldə etdiyi məlumata görə, yanğın qəsəbənin “10-cu binalar” deyilən ərazisindəki binalardan birinin üstündə baş verib.

İlkin məlumata görə, yanğına binanın liftində baş verən qısa qapanmanın səbəb olduğu deyilir.

Əraziyə FHN-nin yanğınsöndürən əməkdaşları cəlb olunub. Lakin binanın həyəti sıx ağaclıq ərazi olduğundan onların yanğını söndürməkdə çətinlik çəkdikləri bildirilir.

Hazırda yanğın davam edir, sakinlər binadan təxliyə olunur.

Reklam