Təşviş pozğunluğunun gizli səbəbi tapıldı

Təşviş pozğunluğunun gizli səbəbi tapıldı

Sağlamlıq 08.12.2025 18:16 28

Alimlər, təşviş (anksiyete) pozğunluğu olan insanların beynində vacib bir qida maddəsi olan xolinin səviyyəsinin 8% daha aşağı olduğunu aşkar ediblər.

Az24.az xəbər verir ki, bu tapıntı düzgün qidalanma və bəzi əlavələrin təşvişin müalicəsində rol oynaya biləcəyini göstərir.

Tədqiqat zamanı təşviş pozğunluğu olan 370 nəfər ilə sağlam 342 nəfərin beyin kimyası müqayisə edilib. 25 müxtəlif araşdırmanın nəticələri birləşdirilib.

Araşdırmanın həmmüəllifi, Kaliforniya Universitetindən Ceyson Smusni bildirib ki, düzgün xolin qəbulu beyin kimyasını tənzimləməyə və xəstələrin vəziyyətini yaxşılaşdırmağa kömək edə bilər.

Xolin çatışmazlığı ən çox düşüncə, emosiyaların idarəsi və qərarvermə ilə bağlı olan prefrontal korteksdə müşahidə olunub. Alimlər hesab edir ki, təşviş pozğunluqlarında geniş yayılmış “döyüş və ya qaç” reaksiyası beynin xolinə olan tələbatını artıraraq mövcud səviyyələrin düşməsinə səbəb ola bilər.

Araşdırma müəllifləri bildirirlər ki, xolin əlavələrinin təşvişi azaldıb-azaltmayacağı hələ məlum deyil və insanlar yüksək dozada xolin əlavəsi qəbul edərək təşvişi idarə etməyə çalışmamalıdırlar.

Mütəxəssislər hesab edir ki, balanslı qidalanma fiziki və psixoloji sağlamlıq üçün əsasdır.

Xolin hüceyrə membranlarını, yaddaş, əhval-ruhiyyə və əzələ nəzarəti kimi beyin funksiyalarını dəstəkləyən maddədir. Orqanizm çox az miqdarda istehsal etdiyi üçün əsasən qida ilə qəbul edilir.

Mal ciyəri, yumurta sarısı, Somon balığı, soya bitkisi, süd xolinlə zəngin qidalar.

Dəniz

Reklam