Bu şəxslər yaşa görə müavinəti daha tez ala bilər
Azərbaycanda əmək pensiyası almayan, rəsmi gəliri olmayan, yəni işləməyən 65 yaşlı kişilərə və 64,5 yaşına çatmış qadınlara sosial dəstək məqsədilə aylıq 220 manat məbləğində yaşa görə müavinət verilir.
Az24.az xəbər verir ki, BAKU.WS-in məlumtına görə, qadınların pensiya yaşı 2017-ci ilin 1 iyul tarixindən 2027-ci ilədək hər il 6 ay artırılsa da, bəzi sosial kateqoriyalar üçün yaş həddinə əlavə güzəştlər tətbiq olunur.
Aşağıdakı hallarda həm qadınların, həm də kişilərin yaş həddi 5 il azaldılır:
Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 8 yaşınadək uşaqları övladlığa və ya qəyyumluğa götürən və ümumilikdə beş və daha çox uşağı olanlar;
Əlilliyi müəyyən edilmiş uşağı olanlar (uşaq 8 yaşınadək sağ olmalıdır).
Məsələn, beş və daha çox uşağı olan və yuxarıdakı şərtlərə uyğun gələn qadın 59,5 yaşında müavinət almaq hüququna malikdir.
Qeyd edək ki, kişilərə bu güzəştlər yalnız qadın vəfat etdikdə, valideynlik hüququndan məhrum edildikdə, uşaqlar məhkəmə qərarı ilə atasının himayəsinə verildikdə və ya nikah xitamı sonrası uşaqlar onun himayəsində qaldıqda tətbiq olunur.
Yaşa görə sosial müavinət proaktiv qaydada ömürlük təyin olunur və yalnız plastik bank kartı vasitəsilə nağdsız şəkildə ödənilir. Lakin müavinət alan şəxs vəfat etdikdə, qanuni qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə, həmçinin qüvvədə olan əmək müqaviləsi və ya VÖEN əsasında rəsmi gəlir əldə etdikdə ödəniş dayandırılır.
Reklam
Oxşar xəbərlər
Bu xəstələr üçün yeni aptek yaradıldı – FOTO
Sabah bu ərazidə qaz olmayacaq
Manafdan Rəqsanəyə CAVAB: “Həmin insana ar olsun”
Bu ərazilərdə saat 10:00-dan işıq kəsiləcək
Yanvar ayının pensiyaları bu tarixdə veriləcək
Bu ailələrə 600 manat veriləcək
Bu ərazilərdə qaz kəsiləcək