“İlhamə qayıtdı ki, Əbülfəs qələt edir, nazir özüməm, kimi istəsəm…” – Müşfiq Abbasov

“İlhamə qayıtdı ki, Əbülfəs qələt edir, nazir özüməm, kimi istəsəm…” – Müşfiq Abbasov

Cəmiyyət 08.12.2025 14:30 62

Bakı Şəhər Prokurorluğunun sabiq müstəntiqi Müşfiq Abbasov sosial şəbəkələrdə keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevlə bağlı aparılan müzakirələrə münasibət bildirib.

Az24.az xəbər verir ki, M.Abbasov illər əvvəl baş verən bir hadisəni yada salaraq Ə.Qarayev və Xalq artisti İlhamə Quliyeva ilə bağlı xatirəsini izləyiciləri ilə paylaşıb:

“Xalq artisti İlhamə Quliyevanı evində dindirirdim. Birdən köməkçisi gəldi ki, Mədəniyyət naziri Əbülfəz Qarayev televizorda bayaq danışırdı ki, bir neçə mügənniyə “Xalq artisti” adı verilməsi üçün təklif göndərilib. İlhamə tez qayıtdı ki, Əbülfəz qələt edir, bu ölkənin Mədəniyyət naziri özüməm, kimi istəsəm, o Xalq artisti olacaq. İndi hamı tökülüb Əbülfəz Qarayevin üstünə ki, bu adam mədəniyyətimizi dağıdıb. Guya ki, indi mədəniyyətimiz intibah dövrünü yaşayır da. Onda da, indi də eyni zibildi…fərq odur ki, indi İlhamə kimisi yoxdur”.

Qeyd edək ki, son günlər sabiq nazir Əbülfəs Qarayevin qızı Suad Qaranın rejissoru olduğu “Məhsəti” filmi ciddi ictimai müzakirələrə səbəb olub. Tarixi şəxsiyyətin erotik çalarlarla təqdimatı sosial şəbəkələrdə kəskin tənqid olunub.

Reklam