Həbsdə olan müğənniyə yenə cinayət işi açıldı
Həbsdə olan müğənni Dəniz Əsədova barəsində cinayət işi başlanılıb.
Az24.az “Report”a istinadla xəbər verir ki, Dəniz Əsədova barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 32.4.308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 32.4.313-cü (vəzifə saxtakarlığına təhrik etmə), 32.311.3.3-cü ( təkrar, külli miqdarda rüşvət almağa təhrik etmə), 32.312.3.3 (rüşvət verməyə təhrik etmə), 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri yeni ittiham verilib.
Müğənni vətəndaşlardan pul alaraq saxta əlillik sənədi düzəltməkdə ittiham olunur.
Belə ki, o, Sabunçu rayonu 21 saylı Birləşmiş şəhər Xəstəxanasının keçmiş baş həkimi və hazırda cinayət işi məhkəmə araşdırmasında Rauf İsfəndiyarovun əlbir olaraq 136 nəfərin saxta əlillik almasına köməklik edib.
İş üzrə dövlətə 1,6 milyon manat ziyan vurulub.
Qeyd edək ki, Dəniz Əsədova bundan əvvəl dələduzluqda və bir neçə nəfərə qarşı təhqir və böhtan səbəbindən xüsusi ittiham qaydasına məhkum edilib.
O, vəkil Asim Abbasovu təhqir və böhtan atdığı səbəbindən Binəqədi rayon Məhkəməsinin hökmü ilə 7 ay azadlıqdan məhrum edilib. Daha sonra başqa bir şəxsi də təhqir etməsi və böhtan atması səbəbindən onun cəzası artırılıb.
Reklam
Oxşar xəbərlər
Penitensiar Xidmətin şöbə rəisi işdən qovuldu
26.11.2025
15:23
ATV-yə XƏBƏRDARLIQ EDİLDİ
26.11.2025
14:59
Bu yolda yeni radar quraşdırıldı – VİDEO
26.11.2025
14:20
General məhkəməyə gələcək – Proses mediaya qapadıldı
26.11.2025
13:33
Günay Ağamalının qızının ŞOK GÖRÜNTÜLƏRİ – VİDEO
26.11.2025
13:21
Heyvan bazarları nə vaxt açılacaq?
26.11.2025
12:47
Yağış, çiskin, duman – Sabahın havası
26.11.2025
12:31
Bu xəstəxana yeni adla fəaliyyət göstərir
26.11.2025
11:59