Masazırda yanaraq ölən sürücünün FOTOSU

Masazırda yanaraq ölən sürücünün FOTOSU

Hadisə 08.12.2025 11:40 75

Ötən gecə Masazırda baş vermiş qəzada həlak olan Qurbanəli Əlizadənin və avtomobilinin görüntüləri yayılıb.

Az24.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, “Hyundai” markalı avtomobillə toqquşan “BMW”nin ona məxsus olması müəyyənləşib.

Bildirilir ki, “Hyundai” ilə toqquşan “BMW” markalı minik avtomobili anidən alovlanıb. Nəqliyyat vasitəsinin içərisində olan 3 nəfər çıxarılaraq xəstəxanaya çatdırılıb. Lakin Qurbanəli Ağa oğlu Əlizadə həyatını itirib, digər 2 şəxsin müalicəsi isə xəstəxanada davam etdirilir.

Mərhumun və avtomobilinin fotolarını təqdim edirik:

 

Reklam