Azərbaycanda 7 aylıq körpə qızdırmadan öldü

Azərbaycanda 7 aylıq körpə qızdırmadan öldü

Hadisə 08.12.2025 10:45 23

Sumqayıt şəhərində 7 aylıq körpənin ölümü qeydə alınıb.

Az24.az “Report”a istinadən məlumat verir ki, hadisə şəhərin Bulvar küçəsində yerləşən yaşayış evlərinin birində qeydə alınıb.

Məlumata görə, 7 aylıq körpənin bədən temperaturu qəfil yüksəlib.

Qızdırmanın artması nəticəsində vəziyyəti pisləşən uşaq həyatını itirib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Reklam