“Yeşilçam”ın məşhur aktrisasının son halı görənləri təəccübləndirdi – FOTO

“Yeşilçam”ın məşhur aktrisasının son halı görənləri təəccübləndirdi – FOTO

Şou 07.12.2025 21:46 37

Yeşilçamın əfsanə aktrisalarından Gülşən Bubikoğlu 71-ci ad günündə paylaşdığı zərif fotosu ilə sosial şəbəkələrdə böyük maraq doğurub.

AZ24.az xəbər verir ki, uzun müddətdir ekranlardan uzaq qalan sənətçi qara libaslı yeni görüntüsü və illərə meydan oxuyan gözəlliyi ilə diqqət çəkib.

Bubikoğlu paylaşımına “Bu gün mənim üçün xüsusi gündür. İllər çox tez keçir, bu mərhələdə sağlam və hüzurlu qalmaq ən önəmlisidir” sözlərini əlavə edib. Foto qısa müddətdə minlərlə bəyənmə toplayaraq sosial şəbəkələrdə ən çox danışılan mövzularından birinə çevrilib.

Reklam