Çin və Rusiya birgə təlimlərə başladı

Çin və Rusiya birgə təlimlərə başladı

Dünya 07.12.2025 15:17 22

Çin və Rusiya arasında raketdən müdafiə sahəsində əməkdaşlıq çərçivəsində növbəti birgə hərbi təlim dekabrın əvvəlində Rusiyada başlayıb.

Az24.az xəbər verir ki, məlumatı Çin Müdafiə Nazirliyi yayıb.

Nazirliyin açıqlamasına görə, keçirilən təlimlər yalnız iki ölkə arasında hərbi qarşılıqlı fəaliyyəti və praktiki əməkdaşlığı gücləndirməyi hədəfləyir.

Açıqlamada xüsusi olaraq vurğulanıb ki, bu təlimlər hər hansı üçüncü ölkəyə qarşı yönəlməyib və hazırkı beynəlxalq və regional vəziyyətlə əlaqəli deyil.

Dəniz

Reklam