Sabah yağış, qar yağacaq, leysan olacaq
Dekabrın 8-dı Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Az24.az-a verilən xəbərə görə, yarımadanın bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.
Bakıda və Abşeron yarımadasında hava küləkli olacaq
Şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-13° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 % olacaq.
Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var
Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz yağıntıda qısa müddətə fasilə olacaq. Bəzi yerlərdə arabir duman. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 9-13° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 4-8° isti olacaq.
Reklam
Oxşar xəbərlər
Azərbaycanda ali məktəblərdə maliyyə yoxlamaları aparılacaq
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır
Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
Baş nazir qərar imzaladı