Bu tarixdə gözünüz göydə olsun – Çox nadir hadisəyə şahidlik edəcəksiniz
2027-ci il avqustun 2-si dünya astronomiya tarixində xüsusi iz qoyacaq. Həmin gün son yüzilliyin ən uzun tam Günəş tutulmalarından biri müşahidə olunacaq.
Mütəxəssislərin məlumatına görə, tutulma zamanı bəzi bölgələrdə 6 dəqiqə 23 saniyəyədək tam qaranlıq qeydə alınacaq. Bu müddət 1991–2114-cü illər arasında qurudan görünəcək ən böyük göstəricilərdən biri hesab olunur.
Az24.az xəbər verir ki, ayın kölgəsi əvvəlcə Atlantik okeanının üzərində yaranaraq ardınca bir sıra ölkələrdən keçəcək. Tutulmanın əsas marşrutu İspaniyanın cənubu, Mərakeş, Əlcəzair, Tunis, Liviya, Misir, Sudan, Səudiyyə Ərəbistanı, Yəmən və Somali ərazilərini əhatə edəcək.
Astronomların xüsusi diqqət çəkdiyi nöqtə isə Misirdir — Luksor şəhərində tam qaranlıq altı dəqiqəni keçəcək və bu da regionu tutulmanı izləmək üçün ideal mərkəzə çevirəcək.
Uzun sürən qaranlığın səbəbi Yerin və Ayın mövqeləri ilə bağlıdır. Alimlər bildirirlər ki, həmin tarixdə Yer Günəşdən nisbətən uzaqda, Ay isə Yerə daha yaxın olacaq. Bu astronomik uyğunluq tutulmanın müddətini qeyri-adi dərəcədə uzadır.
Bu nadir hadisəni dünyanın müxtəlif yerlərindən milyonlarla insanın izləyəcəyi gözlənilir və artıq turizm şirkətləri tutulma marşrutu boyunca xüsusi müşahidə turları təklif etməyə başlayıb.
Dəniz
Reklam
Oxşar xəbərlər
Nostradamusdan DƏHŞƏTLİ PROQNOZ: Dünyanın sonu yaxınlaşır
Elm dünyasında 2026-da gözlənilən KƏŞFLƏR
Tünd şokoladın möcüzəsi: Yaşlanmanı yavaşlada bilər
Qrenlandiya haqqında maraqlı məlumatlar
Kitab oxumağa haradan başlayaq? – Yeni başlayanlar üçün tövsiyələr
Venesuela: Ölkə haqqında məlumat və mövcud vəziyyət
İstirahət üçün Avropanın 10 ən sərfəli istiqaməti açıqlandı