Ermənistanda azərbaycandilli kanal bağlandı – VİDEO

Ermənistanda azərbaycandilli kanal bağlandı – VİDEO

Siyasət 06.12.2025 22:41 192

Ermənistanda fəaliyyət göstərən azərbaycandilli televiziya layihəsi “ReOpen Media” fəaliyyətini dayandırdığını açıqlayıb.

AZ24.az xəbər verir ki, bu barədə “Real TV” məlumat yayıb.

Qurum dekabrın 6-da gecəyarısı təcili efirə çıxaraq maliyyə çətinlikləri və siyasi təzyiqlər səbəbilə bağlandığını bəyan edib. Rəsmi açıqlamada əsas səbəb kimi maliyyə problemləri göstərilsə də, məlumata görə, layihənin dayandırılması son günlər baş verən gərginliklə birbaşa əlaqələndirilir.

Qeyd edək ki, dekabrın 3-də “Real TV”nin canlı efirində aparıcı Vəfa Həmzəyeva ilə “ReOpen Media”nın aparıcısı Diana Karapetyan arasında telekörpü təşkil olunmuşdu. Söhbətin siyasi mövzulara toxunulmadan aparılması razılaşdırılsa da, Karapetyanın efir zamanı “Artsax” ifadəsini işlətməsi gərginliyə səbəb olub. Həmzəyeva ifadəyə kəskin etiraz edərək Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu xatırladıb. Gərginlikdən sonra Karapetyan ifadəni işlətməyi dayandırsa da, dialoq mübahisəli şəraitdə davam etmişdi.

Məhz bu insidentdən sonra layihənin bağlanması ilə bağlı iddialar güclənib.

Reklam