“Qarabağ” “Zirə” ilə heç-heçə etdi

“Qarabağ” “Zirə” ilə heç-heçə etdi

İdman 06.12.2025 22:31 47

Azərbaycan Premyer Liqasının XIV turuna bu gün start verilib. Turun açılış oyununda “Zirə” öz meydanında “Qarabağ”ı qəbul edib.

AZ24.az xəbər verir ki, matçı baş hakim Rauf Cabarov idarə edib.

Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

Bu nəticədən sonra Qurban Qurbanovun rəhbərlik etdiyi “Qarabağ” 30 xalla turnir cədvəlinin lideri olaraq qalır. 27 xalı olan “Zirə” isə lideri ən yaxın izləyən komanda mövqeyindədir.

Reklam