Sürücülük vəsiqələri LƏĞV EDİLƏCƏK?
Texnologiyanın sürətli inkişafı nəqliyyat sektorunda da ciddi dəyişikliklərə səbəb olur. Xüsusilə sürücüsüz avtomobillərin tətbiqi gələcəkdə sürücülük vəsiqələrinin taleyi ilə bağlı suallar doğurur.
Bəs avtomobillər tam pilotsuz idarə olunduğu zaman sürücülük vəsiqəsinin ləğvi mümkün olacaqmı?
AZ24.az xəbər verir ki, mövzu ilə bağlı konkret.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, avtonom nəqliyyat vasitələrinin inkişafı sürətli olsa da, proses hələ tam oturuşmayıb:
“Avtomobillərin texnoloji inkişafı onların artıq sürücüsüz idarə olunmasına gətirib çıxarıb. Yəni bəzi modellər sürücü müdaxiləsi olmadan hərəkət edə bilir. Lakin bu sistem hələ tam özünü doğrultmayıb, bir çox problemlər qalmaqdadır. Ona görə də yaxın illərdə tam keçid real görünmür”.
Ekspertin sözlərinə görə, süni intellekt nə qədər irəli getsə də, bəzi situasiyalarda insan müdaxiləsi hələlik zəruri olaraq qalacaq:
“Elə məsələlər var ki, orada insan duyğuları və instinkti vacib rol oynayır. Süni intellekt hələ bu səviyyəyə çatmayıb. Amma gələcəkdə tam avtonom rejim mümkündür. O zaman artıq sürücülük vəsiqəsinə də ehtiyac qalmaya bilər. Bunun üçün isə müəyyən vaxt tələb olunur”.
Mustafayev əlavə edib ki, avtonom avtomobillərin geniş tətbiqi mərhələli şəkildə həyata keçirilməli və təhlükəsizlik tam təmin olunmalıdır.
Reklam
Oxşar xəbərlər
Azərbaycanda ali məktəblərdə maliyyə yoxlamaları aparılacaq
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır
Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
Baş nazir qərar imzaladı