Tanınmış aparıcı AZAL-ı yıxıb-sürüdü: Başqa çarəmiz yoxdur – VİDEO

Tanınmış aparıcı AZAL-ı yıxıb-sürüdü: Başqa çarəmiz yoxdur – VİDEO

Cəmiyyət 06.12.2025 17:00 157

Tanınmış aparıcı Aytən Səfərova AZAL-ı sərt tənqid edib.

Az24.az xəbər verir ki, Bakı-Naxçıvan-Bakı reysi ilə uçan aparıcı AZAL Hava Yollarındakı xidmətdən narazılığını dilə gətirib.

Bununla bağlı sosial şəbəkədə canlı açan aparıcı şikayətini belə ifadə edib:

“AZAL-ı seçdiyiniz üçün təşəkkür edirik. Seçimi biz etmirik. İnsanların AZAL-ın təyyarəsi ilə gedib-gəlməkdən başqa çarəsi yoxdur. Quru sərhədləri bağlıdır, Azərbaycana Türk Hava Yollarından başqa aviadaşıyıcı da buraxılmır. İkincisi, qiymət 50 manat olanda, uşaqlara su və ya şirə, bulka verilirdi. İndi qiymət 60 manatdır. Naxçıvana gedib-gələn təyyarədə “Sirab” və ya “Badamlı” verilməlidir. Sərnişinlər arasında 10-15 nəfər uşağı nəzərə almamağı mən AZAL-a yaraşdırmadım. İndi Azərbaycanda belə bir tendensiya var: qiymət artdıqca, keyfiyyət kəllə-mayallaq aşağı düşür.”

Reklam