Azərbaycanda gəlinə o qədər qızıl taxdılar ki, əllərini qaldıra bilmədi – VİDEO
Azərbaycanda keçirilən toy mərasimində gəlinə kilolarla qızıl bağlanması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Az24.az xəbər verir ki, paylaşılan görüntülərdə gəlinin qollarına və boynuna çox sayda ağır və bahalı zinət əşyalarının taxıldığı görünür.
Kadrlarda qızılların çəkisinin çoxluğu səbəbindən gəlinin əllərini qaldırmaqda çətinlik çəkdiyi də diqqətdən yayınmayıb. Sosial şəbəkə istifadəçiləri bu səhnələri müxtəlif cür qarşılayıblar: bəziləri belə təmtəraqlı hədiyyələri “var-dövlət nümayişi” kimi qiymətləndirib, digərləri isə bunun toy ənənəsinin bir hissəsi olduğunu bildiriblər.
Mərasimdən paylaşılan video qısa müddətdə minlərlə baxış toplayaraq böyük müzakirə yaradıb. Toyun harada və nə zaman keçirildiyi dəqiq bilinməsə də, mövzu sosial mediada ən çox danışılanlar arasına düşüb. (milli.az)
Reklam
Oxşar xəbərlər
Azərbaycanda ali məktəblərdə maliyyə yoxlamaları aparılacaq
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır
Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
Baş nazir qərar imzaladı