Türkiyədə qətliam kimi qəza: 7 ölü, 11 yaralı – FOTO/VİDEO

Türkiyədə qətliam kimi qəza: 7 ölü, 11 yaralı – FOTO/VİDEO

Dünya 06.12.2025 13:40 25

Türkiyənin Osmaniyə vilayətində səhər saatlarında sərnişin avtobusu TIR-a çırpılıb.

Az24.az xəbər verir ki, qəza nəticəsində 7 nəfər həlak olub, 11 sərnişin yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıb,Adana–Qaziantep avtomobil yolu bir müddət bağlanıb.

İlkin məlumata görə hərəkətdə olan TIRın təkəri partlayıb və bu səbəbdən yolda durmalı olub. Arxadan gələn sərnişin avtobiusu yük maşınına çırpılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Dəniz

Reklam