Yaddaşı gücləndirən ən faydalı çərəzlər
Beyin sağlamlığı üçün ən faydalı çərəz müəyyən edilib.
Fındıq, badam və kajunu geridə qoyan həmin qida yaddaşı gücləndirir, zehni performansı artırır. Nə bahalı vitaminlərə, nə də yorucu beyin məşqlərinə ehtiyac qalmadan yaddaşı gücləndirmək və konsentrasiyanı qorumaq çox daha sadədir. Mütəxəssislərə görə doğru çərəzləri mütəmadi şəkildə istifadə etmək beyin funksiyalarını təbii və təsirli şəkildə artırır. Sağlam həyatın əsası gündəlik rutinimizə qida dəyəri yüksək məhsulları daxil etməkdən keçir. Vitamin, mineral, protein və kalsium baxımından zəngin olan çərəzlər isə təkcə bədən sağlamlığını deyil, həm də yaddaşı, əhval-ruhiyyəni və zehni performansı əhəmiyyətli dərəcədə dəstəkləyir.
Aparılan araşdırmalar mütəmadi çərəz istehlakının qan dövranını yaxşılaşdıraraq beynə oksigen axınını sürətləndirdiyini, yaddaş funksiyalarını artırdığını və zehni aydınlıq yaratdığını göstərir.
Bəs bu sağlam seçimlər arasında “ən yaxşısı” hansıdır?
Qoz omeqa-3 yağ turşuları baxımından çərəzlər arasında liderdir. Bu xüsusiyyət onu yaddaşı gücləndirmək, öyrənmə qabiliyyətini artırmaq və zehni performansı dəstəkləmək baxımından unikallaşdırır.

Qozun yüksək antioksidant tərkibi beynin zərərli sərbəst radikallardan qorunmasına kömək edir. Bu xüsusiyyət yaşa bağlı idrak zəifləməsinin ləngiməsində də mühüm rol oynayır. Bundan başqa, klinik tədqiqatlar müntəzəm ceviz istifadəsinin depressiya və narahatlıq əlamətlərini azaltmağa dəstək verdiyini göstərir.
Ləzzəti qədər faydaları ilə də tanınan antep fıstığı B6 vitamini baxımından zəngindir və bu da yaddaş funksiyalarını dəstəkləyir.

B6 vitamini sinir sistemi sağlamlığında kritik rol oynayır və öyrənmə qabiliyyətini gücləndirir. Maqnezium tərkibi isə stressi idarə etməkdə və əhval-ruhiyyəni tarazlamaqda mühüm rol oynayır. Mütəxəssislərə görə, gündə bir ovuc antep fıstığı yemək zehni aydınlığı nəzərəçarpacaq dərəcədə artırır.
Quruyemişlər arasında ən yüksək yağ tərkibinə malik növlərdən biri olan fındıq, sağlam yağ tərkibi sayəsində beyin zarının qorunmasına kömək edir. Sinir hüceyrələrini dəstəkləyən bu yağlar enerji istehsalını artıraraq zehni yorğunluğu azaldır.

Dəniz
Reklam
Oxşar xəbərlər
Zeytun yarpağı: Sağlamlıq üçün faydaları və istifadəsi
İbn Sinanın öskürəyi kəsən MÖCÜZƏVİ QARIŞIMI – Ballı şərbət
Badam yağı – Sağlamlıq və gözəllik üçün təbii hədiyyə
Qara zirə nə üçün “şəfa toxumu” adlanır?
Bal, yoxsa bəkməz daha faydalıdır?
Zərdçalın faydaları: Sağlamlıq və gözəllik üçün təbii ədviyyat
Masa arxasında çalışanlar üçün 4 VACİB TÖVSİYƏ
Sağlam yuxunun SİRRİ – Həkimlərdən TÖVSİYƏ