O, “Neftçi”nin yeni baş məşqçisi olacaq
Yuri Nikolayeviç Vernidub “Neftçi” futbol klubu ilə müqavilə bağlamaq məqsədilə Bakıya gəlib.
Az24.az xəbər verir ki, bu barədə Trend-ə “Neftçi”nin mətbuat xidmətində olan mənbə məlumat verib.
59 yaşlı məşqçinin köməkçilərindən birinin oğlu Vitaliy Vernidubun da komandaya qoşulacağı bildirilir.
Təcrübəli mütəxəssis karyerası ərzində vətənində “Metallurq”, “Zarya”, “Krivbass”, Belarusda “Şaxtyor” və Moldovada “Şerif”in baş məşqçisi olub.
Vernidub son üç ili ölkəsində “Krivbass”ın baş məşqçisi kimi keçirib və karyerasının ən böyük uğurunu 2020-2022-ci illərdə əldə edib.
O, “Şerif”i Çempionlar Liqasının əsas mərhələsinə çıxarmağı bacarıb; Moldova komandası həmin vaxt “Real”ı məğlub etməklə bütün Avropada diqqət mərkəzinə düşüb.

Reklam
Oxşar xəbərlər
Qara Qarayevə vəzifə verildi
11.01.2026
21:56
Daha bir Fransa klubu “Qarabağ”ın oyunçusunu istəyir
10.01.2026
20:53
Macarıstan millisinin futbolçusu “Qarabağ”da oynamaq istəyir
09.01.2026
23:20
Kenan Yıldız “ayın ən dəyərli oyunçusu” seçildi
09.01.2026
21:18
Neymar şəxsi nəqliyyat vasitələrinin kolleksiyasını paylaşdı – FOTO
09.01.2026
11:47
“Yoldaşım evdə futbol oynamağımıza icazə vermir” – Messi
08.01.2026
21:45
“Beşiktaş”dan ayrılan Mert Günok “Fənərbaxça” ilə razılaşdı
08.01.2026
20:29