Plastik çirklənməsi iki dəfə artacaq – Həll yolu açıqlandı
Yeni beynəlxalq “Breaking the Plastic Wave 2025” hesabatına görə, plastik çirklənməsi hazırkı templə davam edərsə, 2040-cı ildə illik həcmdə 280 milyon tona çata bilər. Bu, hər saniyə bir zibil maşınının plastik tullantı boşaltmasına bərabər göstəricidir.
Az24.az xəbər verir ki, hesabatda çirklənmənin əsas mənbəyinin birdəfəlik plastik qablamalar olduğu göstərilir.
Bu qablamalar 2025-ci ildə qlobal plastik tullantının təxminən üçdə birini təşkil edir və hər il 66 milyon ton tullantının ətraf mühitə düşməsinə səbəb olur. Xüsusilə yumşaq paketlər, sellofanlar, torbalar və butulkalar plastik istehsalının əsas hərəkətverici gücü kimi göstərilir.
Ekspertlərin fikrincə, depozit–qaytarma sistemlərinin tətbiqi, yenidən istifadə edilə bilən qablamalara keçid və birdəfəlik plastiklərin azaldılması ilə plastik çirkliliyini 97% aşağı salmaq mümkündür.
Ekspertlər qeyd edirlər ki, bu tədbirlər həm də sera qazı emissiyalarını və plastiğin insan sağlamlığına mənfi təsirlərini əhəmiyyətli dərəcədə azalda bilər.
Dəniz
Reklam
Oxşar xəbərlər
Azərbaycanlı müğənni Trampdan kömək istədi – Məhv edin!
İran ABŞ-la danışıqlara razılıq verdi – Tramdan AÇIQLAMA
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”