FIFA-nın ilk Sülh Mükafatı Trampa verildi

FIFA-nın ilk Sülh Mükafatı Trampa verildi

İdman 05.12.2025 22:23 30

ABŞ Prezidenti Donald Tramp 2026-cı il dünya çempionatının qrup mərhələsinin püşkatma tədbirində FIFA-nın yeni təsis etdiyi Sülh Mükafatına layiq görülüb.

AZ24.az xəbər verir ki, FIFA bu mükafatı 2025-ci ilin noyabrında təsis edib və Tramp həmin mükafatın ilk sahibi olub.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə keçiriləcək. Turnirin tarixində ilk dəfə olaraq 48 milli komanda mundialda mübarizə aparacaq.

Reklam